16 Sentyabr 23:38
6 Oktyabr 2021 19:24
2 856
Vətən Müharibəsi zamanı döyüş meydanında darmadağın edilən Ermənistan ordusu bu məğlubiyyətin acısını hər gün dinc insanları atəşə tutmaqla çıxırdı. Müharibənin 10-cu günü düşmənin atdığı mərmilərdən biri Tərtər-Ağdam yoluna düşüb. Nəticədə hərəkətdə olan avtomobildəki 2 nəfərdən biri, Tərtər sakini Həsən Məmmədov şəhid olub, Dəyanət Əliyev isə ağır yaralanaraq ömürlük şikəst qalıb.
Trend-in Qarabağ bürosunun çəkiliş qrupu şəhid H.Məmmədovun ailəsinə baş çəkib.
Şəhidin ailə üzvləri bildiriblər ki, müharibə zamanı işğalçı Ermənistan mülki obyektləri mərmi atəşinə tutaraq dinc və günahsız insanları qətlə yetirsə də onlar bir an belə evlərini tərk etməyiblər. Düşəmənin hərbi cinayətləri onların əzmini qıra bilməyib. Ailə başçılarını itirmək onlar üçün nə qədər ağır olsa da, Azərbaycan Ordsunun qazandığı Zəfər, tarixi Qələbəmiz onlara mənəvi güc verir.
Trend həmin videoreportajı təqdim edir:
16 Sentyabr 22:27
700
16 Sentyabr 22:00
679
16 Sentyabr 17:05
749
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA




