16 Sentyabr 23:38
18 May 2023 12:40
6 342
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı işçisi, dosent Pərvanə Məmmədli Tunisdə keçirilən VI Beynəlxalq Müasir Araşdırmalar Konqresində məruzə ilə iştirak edib.
Konqres Türkiyənin Mardin Artuklu Universiteti, Nüfuzlu Elm Dərnəyi (Saybilder) və Tunisin Karfagen və İbn Xaldun Universitetləri tərəfindən təşkil olunub.
Tədbirə dünyanın 23 müxtəlif ölkəsindən (Azərbaycan, BƏƏ, Əlcəzair, Çin Xalq Respublikası, Mərakeş, Fələstin, İraq, İspaniya, Qətər, Qırğızıstan, Kosovo, Küveyt, Liviya, Misir, Nigeriya, Seneqal, Sloveniya, Sudan, Səudiyyə Ərəbistanı, Tunis, Türkiyə , Oman, İordaniya və s.) məruzəçilər qatılıb.
Azərbaycan təmsilçisi Pərvanə Məmmədli konqresdə günümüzdə aktual bir mövzu ilə “Cənubi Azərbaycan qadınlarının səsi və dili” adlı məruzə ilə çıxış edib. Alimin məruzəsi iştirakçılar tərəfindən hərarətlə qarşılanıb, ona mövzu ilə bağlı suallar verilib.
P.Məmmədli Tunisin Karfagen və İbn Xaldun Universitetləri, eləcə də Türkiyənin Mardin Artuklu Universiteti tərəfindən xüsusi sertifikat və təşəkkürnamə ilə təltif olunub.
15 Sentyabr 11:39
1 099
15 Sentyabr 11:35
1 071
14 Sentyabr 12:59
1 407
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA

