Yunus İmrə və Molla Qasım Mədəniyyət
Ədəbi şəxsiyyətlərin araşdırılıb öyrənilməsində, bədii irsinin çap olunub yayılmasında böyük fədakarlıq göstərmiş Salman Müm¬taz uzun müddət topladığı el şairlərinin və aşıqlarının şeirlərini 1927-28-ci illərdə "El şairləri" adı ilə iki cilddə çap et¬dirib. Əlbəttə, ikicildliyə daxil olan 200-dən çox müəllifin əksəriyyətinin ünvanı, şəxsiyyəti və nə zaman yaşadığı öyrənilməyib və indi də öyrənilməmiş qalır. "El şairləri" kitabına şeirləri daxil edilmiş müəlliflərdən biri də Molla Qasımdır. Salman Mümtazın yazdığına görə, Molla Qasımın şeirlərini "Min kəlami Molla Qasım Şirvani" ünvanlı "yalnız bir-iki saralmış varağı qalmış cüngdən" köçürüb. Bundan bir il sonra S.Mümtaz "İnqilab və mədəniyyət" jurnalının 1929-cu il I nömrəsində "Molla Qasım və Yunis İmrə" adlı məqalə çap etdirib. Məqalədə o, türk şeirinin banisi, XIII əsrdə yaşamış Yunus İmrənin daşbasması divanından götürdüyü "Gəlür" rədifli şeirin son bəndinə diqqətimizi yönəldir və belə mülahizə edir ki, şeirin qıfılbəndində Yunus İmrə ilə yanaşı adı çəkilən Molla Qasım cüngdə adı çəkilən həmin Molla Qasım Şirvanidir. "Gəlür" rədifli şeiri bütünlüklə burada veririk:
Bən dərvişəm deyənə bir ün edəsim gəlür,
Səgirdibən səsinə varup yetəsim gəlür.
Sirat qıldan incədir, qılıncdan kəskincədir,
Varup anın üstünə evlər yapasım gəlür.
Altında qaya vardır, içi nar ilə pürdür.
Varuban ol kölgədə bir az yatasım gəlür.
Oda kölgə dedigimə tən eyləmək xocalar,
Xatırınız xoş olsun, bir az yatasım gəlür.
Andan cənnətə varam, cənnətdə hapı görəm,
Hürü ilə qılmanı bir-bir qucasım gəlür.
Dərviş Yunus bu sözü əyri-büyrü söyləmə,
Səni siğaya çəkər bir Molla Qasım gəlür.
Həmin şeirin əlimizdə bir neçə variantı var. Biz F.Köprülünün 1940-cı ildə çap olunmuş "Əski şairlərimiz" adlı "Divan ədəbiyyatı antolojisi" kitabından götürmüşük. Bu son beytdən belə qənaətə gəlmək olar ki, Yunus İmrə yaşca özündən böyük olan, ərəb dilinin sərf nəhvini, məntiq elmini mükəmməl bilən, islam qanunlarına dərindən bələd olan Molla Qasımı özünə ustad hesab edib, buna görə də sözlərini "əyri-büyrü" deyil, düz söyləməyə çalışıb.
S.Mümtaz həmçinin Y.İmrənin "Gördüm" rədifli şeiri ilə Molla Qasımın cüngdən əldə etdiyi eyni rədifli şeirini şəkil, məzmun və üslub baxımından tutuşdurub müqayisə edib, mülahizələrini əsaslandırmaq üçün hər iki şeirdən nümunələr verib:
Molla Qasım:
Yumulmuş şol ala gözlər,
Qiyamət yolunu gözlər,
Hanı şirin, şəkər sözlər
Dəhani bizəan gördüm.
Yunus İmrə:
Soğulmuş şol ala gözlər,
Pozulmuş ay gibi yüzlər,
Qarışmış qara toprağə
Gül dərən əlləri gördüm.
Molla Qasım:
Kimi eyş ilə işrətdə,
Kimi şövq ilə söhbətdə,
Kimi rənc ilə möhnətdə
Qatı halın yaman gördüm.
Yunus İmrə:
Kimi şövq ilə işrətdə
Kimi eyşi-bəşarətdə,
Kimi əzabi-möhnətdə
Dün olmuş günləri gördüm.
S.Mümtaz məqalədə həmin dəlillərə və digər mülahizələrə arxalanaraq Molla Qasımın Yunus İmrə ilə həməsr olduğunu, XIII əsr xalq poeziyası və aşıq şeiri şəkillərində kamil sənət nümunələri yaratdığını söyləyib.
Təəssüf ki, Salman Mümtazın qaldırdığı və ədəbiyyat tariximiz üçün çox qiymətli olan bu məsələ Azərbaycan ədəbiyyatşünaslığında davam etdirilməyib, indiyə qədər üstüörtülü qalıb.
Əlbəttə, türk tədqiqatçıları Y.İmrənin əsərlərini nəşr edərkən Molla Qasımın adı ilə bağlı "Gəlür" rədifli şeirin Y.İmrəyə, yaxud Molla Qasıma aid olmasına dair müxtəlif mülahizələr söyləyir, xalq rəvayətlərinə istinad edir, mübahisəni indi də davam etdirirlər.
Yunus İmrə haqqında 1930-cu illərdən ardıcıl axtarışlar aparan Abdülbaqi Gölpınarlı "Yunus İmrə" külliyatının "Ön söz"ündə yazır: "Bən dərvişim diyənə bir ün edəsim gəlür, Səgirdibən səsinə varıb yetəsim gəlür" - beytiylə başlayan və "Dərviş Yunusu sözü əyri-büyrü söyləmə, Səni siğaya çəkər bir Molla Qasım gəlür" - beytiylə bitən şeir də Qasım adlı birisinin Yunusun "İş bu vücud şəhrinə hər dəm girəsim gəlür, İçindəki sultanın yüzün görəsim gəlür" - mətləli şeirinə nəzirədir. Əski yazıların heç birində əldə edilməyən bu şeir də Yunusun sanılmış və buna dair bir əfsanə də uydurulub".
Bir sıra mülahizələrə əsasən "Gəlür" rədifli şeiri Yunusun eyni rədifli şeirinə Molla Qasımın nəzirə yazdığını güman edir. 1958-ci ildə Yunus İmrənin şeirlərindən bir hissəsini çap edən Nevzat Yesirgil kitabın "Ön söz"ündə Molla Qasım və Yunus İmrə ilə əlaqədər xalq arasında yaşayan rəvayəti qələmə alıb. Rəvayətdə deyilir: "Yunus İmrə üç min mənzumə yazmış. Kitab halında toplanan bu mənzumələr Molla Qasım adlı bir xocanın əlinə keçmiş. Molla Qasım bir su yanında oturub mənzumələri oxumağa başlamış. Dinə qarşı gördüklərindən min də¬nəsini yandırmış, min dənəsini suya atmış, iki min birinci mənzumədə:
Dərviş Yunus! bu sözü
Əyri-büyrü söyləmə
Səni siğaya çəkər
Bir Molla Qasım gəlür.
- sözlərini oxuyunca Yunusun kamilliyinə inanmış. Təəssüf ki, əldə min mənzumə qalmış. Amma yandırılanlarla suya atılanlar da qayıb olmamış. Yandırılanları göydə mələklər, suya atılanları suda balıqlar, əldə qalanları da insanlar oxumağa başlamış". Bununla belə, N.Yesirgil "Gəlür" rədifli şeiri Yunus İmrənin deyil, Molla Qasımın hesab edib. Yunusun əsərlərinin son fəslində Yunus İmrənin olması şübhə doğuran şeirlər sırasında verib. Deməli, N.Yesirgil də "Gəlür" rədifli şeirin Molla Qasıma aid olduğu qənaətinə gəlir.
Səbahəddin Eyyuboğlu isə 1972-ci ildə çap etdirdiyi "Yunus İmrə" kitabının "Ön söz"ündə N.Yesirgilin və A.Gölpınarlının bəhs etdiyi xalq rəvayətinin məzmununu verir və həmin şeiri Yunusun ən yaxşı şeirlərindən hesab edib mətnini bütünlüklə oxucuların müzakirəsinə təqdim edir. Sonra da belə qənaətə gəlir ki, bu şeiri xalq Yunusa aid edərkən alimlərimizin Qasım adı ilə şeir yazan birinə aid etməsi təəccüblüdür. Qasım bu şeiri söyləmiş olsa da, Yunus üslubunda təsdiq etmək üçün onun bir qəzəlindən iki beyt nümunə göstərir:
Haləti eşqi vüsləti canıma həmdəm olalı
Elmi ledündə tövhidi bahi nidaya uğradım.
Qasimi eşqi məhv edən hikməti bahri elm imiş,
Məna yüzündə pəs elin həmdü sənaya uğradım.
(Tərcüməsi: Onun vüsal halı canıma həmdəm olalı,
İlahiyyat elmində təkallahlıq nidasına çatdım.
Eşq aşiqi Qasımı məhv edən elm dənizinin hikmətiymiş,
Məna aləmində elin şükr və tərifinə çatdım).
Əlbəttə, S.Eyuboğlunun "Üslub baxımından "Gəlür" rədifli şeirin Y.İmrənin şeirlərinə bənzəməsi" fikrilə razılaşmaq olar. Həqiqətən də şeirdə Y.İmrənin ifadə tərzi aydın görünür.
Vaxtilə F.Köprülüzadə də "Türk ədəbiyyatında ilk mütəsəvviflər" adlı əsərində "Gəlür" rədifli şeiri Y.İmrənin ən dəyərli əsərlərindən biri kimi qiymətləndirib, 1934-cü ildə nəşr etdirdiyi "Əski şairlərimiz" adlı Divan ədəbiyyatı antologiyasına daxil edib. Yunus İmrənin külliyatında "Gəlür" rədifli başqa bir şeir də var ki, yuxarıda göstərdiyimiz kimi, A.Gölpınarlının fikrincə, Molla Qasım "Gəlür" rədifli şeiri Yunus İmrənin həmin şeirinə nəzirə olaraq yazıb. Lakin Qasımın adı xatırlanan şeir məzmunca nəzirəyə bənzəmir və ənənəyə görə nəzirəçi də ustadı imtahana çəkməyə, yoxlamağa cəsarət eləməz. Çünki həmin şeirdə ustad töhfəsinə bənzərlik aydın hiss olunur. Şeirin məzmunundan da görünür ki, Molla Qasım Yunus İmrəni həqiqətən də imtahana çəkmək, onun biliyini yoxlamaq deyil, ümumiyyətlə, el sənətkarlarının sənətində ənənəyə çevrilən yaradıcılıq bəhsinə səsləyib. Bu ənənə sonrakı əsərlərdə də şeirin, sənətin bədii təkamülündə böyük rol oynayıb.
Deməli, hər iki şairin adı çəkilən "Gəlür" rədifli şeir, həmçinin onların bəzi əsərlərinin məzmun və şəkil baxımından bir-birinə bənzəmələri hər iki şairin eyni dövrdə yaşadığını, bəlkə də, bir-biri ilə görüşdüyünü, şeirləşdiyini və ya bir-birinə nəzirə yazdığını güman etməyə əsas verir. Onların əsərlərindən də anlaşılır ki, Molla Qasım Anadoluda olduğu kimi, Yunus İmrə də Azərbaycana səyahət edib.
A.Gölpınarlı: "Anadolunun bir çox şəhərlərini gəzdiyini, yuxarı ellərə, yəni Azəraycan tərəflərinə və Şama getdigini söyləyən, şeirində şeyxliyindən və ixtiyarlığından bəhs edən Yunus "Risalat-al Nüshiyyə" adlı məsnəvisini 1307-1308-də yazdığını qeyd edir".
Seyid Kamal Qaraalıoğlu isə "Rəsmili türk ədəbiyyatçılar sözlüyü" kitabında Y.İmrənin həyatından bəhs edərkən yazır: "Şeyx Tapdıq İmrədən uzun illər feyz aldığı, sonra təriqət uğrunda qürbətə çıxaraq Konyanı, Şamı, Azərbaycanı dolaşdığı, Mövlana ilə tanışlığı anlaşılmaqdadır". Bunu da əlavə edək ki, Yunusun şeirlərində Qafqazın adı dönə-dönə xatırlanır. Eyni ilə də Şirvanlı Qasım – Molla Qasım Yaxın Şərqin bir çox ölkələrini; Əfqanıstanı, Suriyanı, Türkiyəni gəzmişdir. Molla Qasım "Haray" rədifli dərin məzmunlu təcnisində deyir: "Qabuldan gəldin sən Dəməşq elinə".
Molla Qasımın əldə olan 5 şeirinin beşi də aşıq şeiri tərzində yazılıb, 23-si təcnis, 1-müəmma, 1-i qoşma, 1-i isə gəraylıdır. Molla Qasımın təcnisləri bu janrın ən kamil nümunələri sayıla bilər. Budur "Haray" rədifli təcnis:
Əhədü-dəmyəzəl vahidü-yekta,
Salma məni gözdən ayağa haray.
Müntaha qovruldum tənəli sözdən,
Pərvanə tək yandım a yağa haray.
Bununla belə, Yunus İmrənin tədqiqatçıları xalq rəvayətində olduğu kimi Molla Qasımı şairdən daha çox din xadimi, ruhani molla kimi təsəvvür etmişlər. Şirvanlı Molla Qasım ərəb və fars dillərində təhsil almış olsa da, öz ana dilində, xalqın bədii təfəkkürünə məxsus, xalq şeirinin müxtəlif şəkillərində poetik sənət nümunələri yarada bilib. Molla Qasımın əlimizdə olan istər şəkil, istərsə dil zənginliyi göstərir ki, o, Azərbaycan dilinin incəliklərinə dərindən bələd olduğu kimi, xalq şeirinin bədii xüsusiyyətlərini mükəmməl bilən sənətkar olub.
Qara Namazov,
professor