Tehranda bir neçə polis əməkdaşını “Kalaşnikov” avtomatı ilə qətlə yetiriblər
Agentlik “Sarı gəlin”in İranda erməni mahnısı kimi təqdim edilməsinə münasibət bildirib
Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azər Allahverənov Pirşağı qəsəbəsində növbəti görüşünü keçirib
İranda etirazlarda prokuror və bir neçə təhlükəsizlik əməkdaşı öldürülüb
8 Yanvar 22:45
1 071
“ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra qonşu ölkələrlə bağlı iddialarını açıqlamışdı. Bu ölkələr sırasında Kanada və Qrenlandiya da yer alırdı. Lakin hazırkı mərhələdə ABŞ artıq həmin dövrü geridə qoyub və qlobal güc statusunu qorumaq üçün daha sistemli siyasət yürütməkdədir”.
Bunu politoloq Xəyal Bəşirov XalqCəbhəsi.az-a açıqlamasında deyib.
O bildirib ki, Tramp administrasiyası yenidən “əvvəl Amerika qitəsi, sonra dünya” prinsipinə əsaslanan siyasəti həyata keçirir:
“ABŞ dünyada ən güclü iqtisadiyyat, ən güclü ordu və ən təsirli siyasi mexanizmlərə malikdir. Tramp administrasiyası hesab edir ki, qlobal proseslərə tam nəzarət etməzdən əvvəl Amerika qitəsində üstünlük təmin olunmalıdır.Venesuela ilə bağlı addımlar da məhz bu strategiyanın tərkib hissəsidir.Venesuela neftlə zəngin dövlətdir və ABŞ açıq şəkildə bəyan edib ki, bu resursların Çin və ya digər rəqiblərə çıxmasına imkan verməyəcək. Bu səbəbdən Venesuellaya yönələn siyasət strateji nəzarət addımıdır.
Venesuelladan sonra Kuba, Kolumbiya və Meksika ilə bağlı addımlar da fərdi və məqsədyönlü siyasətin bir hissəsidir.
ABŞ bu ölkələrdə öz maraqlarını qorumaq, lazım gəldikdə nəzarət mexanizmləri qurmaqla qitədə üstün mövqeyini təmin etməyə çalışacaq. Kanada isə neft resurslarına malik olmasına baxmayaraq, ABŞ-a daha çox asılı ölkədir və Tramp administrasiyası tərəfindən diqqətdə saxlanılır.”.
Politoloq vurğulayıb ki, bu siyasət ABŞ-ın dünya səhnəsindəki mövqeyini qorumaq üçün davam edəcək və qlobal proseslərə təsir etmək yalnız ikinci və ya üçüncü dərəcəli prioritet kimi qalır:
“ABŞ əvvəlcə qitədə üstünlük qurmalı, sonra dünya proseslərinə tam nəzarət imkanını bərpa etməlidir. Tramp administrasiyası bu strategiyanı sistemli şəkildə davam etdirəcək”.
Günel Elxan