16 Sentyabr 23:38
24 İyun 2022 10:05
6 237
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki 1 430 ABŞ dollarına çatıb.
"APA-Economics" xəbər verir ki, 23 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyul fyuçerslərinin qiyməti 1 426,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 2,4% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
09:13
609
09:10
595
16 Sentyabr 23:00
847