“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
2 Aprel 2024 15:53
5 068
Azərbaycanda İKT sektoru gəlir baxımından ən sürətlə artan qeyri-neft sektorudur.
Trend xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı rəhbəri Natalya Muravidze "IT Hub Azerbaijan" layihəsinin bağlanış mərasimində deyib.
"Şadam ki, "IT Hub Azerbaijan" məlum problemlərdən birini - bacarıqların artırılması problemini həll etməyə kömək edir. Layihə inklüziv regional iqtisadi inkişafa, texniki tərəqqiyə və qlobal rəqabət qabiliyyətinə töhfə vermək iqtidarındadır. O həmçinin, innovasiyaları təşviq edir, iş yerləri açır və Azərbaycanın rəqəmsal iqtisadiyyatın dinamik aktoru olaraq mövqeyini müəyyənləşdirir. Qürur duyuruq ki, layihə təkcə Azərbaycanın İT sektorunu dəstəkləmir və ölkədə innovasiyaları təşviq edir, lakin həm də kənd yerlərinin, ölkənin bölgələrinin inkişafına imkan yaradaraq bölgələr və şəhərlər arasında rəqəmsal qeyri-bərabərliyi azaldır. Azərbaycanda İKT sektoru gəlir baxımından ən sürətlə artan qeyri-neft sektorudur, istehlakçıların sayı isə sürətlə artır", - o deyib.
Qeyd edək ki, "IT Hub: Azərbaycanın informasiya-kommunikasiya sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi" (IT Hub Azerbaijan) layihəsi İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, "StrategEast" şirkəti və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə əməkdaşlığı ilə həyata keçirilir.
Layihənin hədəfi Azərbaycanın bölgələrində İKT sahəsinin inkişafına dəstək, bu sahədə ixtisaslaşmış kadrların əmək məşğulluğu və hazırlığından ibarətdir.
20 Dekabr 11:22
1 330
19 Dekabr 17:47
1 582
19 Dekabr 17:37
1 757