16 Sentyabr 23:38
19 Yanvar 2025 17:26
4 193
Texniki problemlər səbəbindən fəaliyyətini dayandırmış "Şahdəniz Alfa" yatağında hasilat yanvarın 18-i axşam saatlarında bərpa edilib.
Bu barədə Xalqcebhesi.az-a "Şahdəniz" yatağının operatoru olan BP-dən bildiriblər.
Məlumata görə, kondensat ixracı üçün platformanı Səngəçal terminalı ilə birləşdirən sualtı boru kəmərində yaranmış texniki problem tamamilə aradan qaldırılıb.
BP-nin Şahdəniz yatağı üzrə regional hasilat meneceri Ceyms Dunbar "Anyuz"a açıqlamasında bildirib ki, “Şahdəniz Alfa” platformasından hasilat və ixrac əməliyyatları hazırda tədricən gücləndirilir və tam gücə çatmaq üçün daha bir neçə gün lazımdır:
“Biz SOCAR və digər tərəfdaşlarla yaxından işləməyə davam edir, planlarımızı və fəaliyyətimizi onlarla əlaqələndiririk”.
Qeyd edək ki, hasilatın dayanması Bolqarıstan və Serbiyaya qaz tədarükünə təsir etmişdi.
16 Sentyabr 23:00
490
16 Sentyabr 16:50
798
16 Sentyabr 11:40
826
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA