SOCAR istiqrazlarının qiyməti yenidən artdı İqtisadiyyat
Azərbaycanda kütləvi şəkildə alınıb-satılan yeganə qiymətli kağızlar – SOCAR İstiqrazları yenidən bahalaşıb. İstiqrazların təkrar bazarı üzrə market-meyker "PSG Kapital" şirkətindən verilən məlumata görə, hazırda SOCAR İstiqrazlarını birjada 1 007 dollara satmaq, 1 010 dollara almaq olar. Bahalaşmanın əsas səbəbi bazarda istiqrazlara tələbatın artması və növbəti faiz ödənişinin yaxınlaşmasıdır. Nominal qiyməti 1 000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. İndiyədək istiqraz sahibləri üç dəfə – 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində faiz ödənişi (hər istiqraza görə 12,5 dollar) alıb və onlara ümumilikdə 3,75 milyon dollar ödənilib. Növbəti ödəniş oktyabrın 17-də nəzərdə tutulub və həmin gün investorlara 1,25 milyon dollar ödəniləcək.
Bəzi alıcılar da faiz ödənişlərindən gəlir götürmək üçün həmin vaxtadək istiqrazları almağa çalışırlar. Məhz buna görə son vaxtlar istiqrazların satışı xüsusilə sürətlənib. Təkcə son bir həftədə təkrar bazarda 1 milyon dollardan artıq SOCAR İstiqrazı alınıb-satılıb. İnvestorların SOCAR İstiqrazlarına marağını artıran digər cəhət SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür. Bu səbəbdən fiziki və hüquqi şəxslər arasında SOCAR İstiqrazlarına böyük tələbat yaranıb.
Qeyd edək ki, təkrar bazarda SOCAR İstiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR İstiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları da var.