16 Sentyabr 23:38
2 Aprel 2021 16:38
4 179
Azərbaycan Türkiyə ilə çoxşaxəli əməkdaşlığını daha da genişləndirmək niyyətindədir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələri barədə "dəyirmi masa" zamanı deyib.
O bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyəyə çatıb:
"Əvvəlki illərdə ticarət dövriyyəsində artım müşahidə edilməsinə baxmayaraq, pandemiyanın qlobal ticarətə, ölkələr arasında ticarətə mənfi təsiri ilə əlaqədar 2020-ci il ərzində ticarət dövriyyəsi 8 faiz azalıb və 4,2 milyard dollara bərabər olub. Əminəm ki, həyata keçirəcəyimiz birgə işlər, həmçinin ötən ilin fevralın 25-də imzalanmış Preferensial Ticarət sazişinin bu il qüvvəyə minməsi ticarət əlaqələrimizin artımına töhfə verəcək. Bu ilin sonuna qədər biz 2019-cu ildə əldə etdiyimiz rəqəmlərdən daha üstün bir ticarət həcminə çatacağıq”.
(Tərcümə: Orxan Nəbiyev)
16 Sentyabr 23:00
637
16 Sentyabr 16:50
826
16 Sentyabr 11:40
861
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA