16 Sentyabr 23:38
18 İyun 2021 15:08
6 937
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi "SOCAR Türkiyə" bu ölkədəki "Mercury" neft-kimya layihəsi ilə bağlı Böyük Britaniyanın INEOS və digər investorlarla danışıqlar aparır.
Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bunu "SOCAR Türkiyə"nin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev deyib.
O bildirib ki, "SOCAR Türkiyə" bu layihəni uzun müddətə təxirə salmaq istəmir:
"Biz bu layihəni neft-kimya sahəsində təcrübəsi olan, və ya maliyyələşmə üzrə tərəfdaşla icra edə bilərik. Türkiyədəki digər neft-kimya layihələri "Mercury" layihəsinə təsir etmir".
Onun sözlərinə görə, layihə ilə bağlı yekun qərar 2022-ci ilədək qəbul olunacaq.
16 Sentyabr 23:00
798
16 Sentyabr 16:50
875
16 Sentyabr 11:40
903
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA