16 Sentyabr 23:38
24 Sentyabr 2021 11:15
4 081
İşğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə istiqamətində ardıcıl işlər görülür.
Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə ağıllı kənd və ağıllı şəhər prinsiplərinə əsasən ciddi infrastruktur quruculuğu və smart konsepsiyasına cavab verən yenidənqurma işləri aparılır:
“Ağıllı kənd konsepsiyası 4-cü sənaye inqilabının nailiyyətləri əsasında yaradıldığı üçün yenidənqurma işlərinin əhəmiyyətini daha da artırır və kənd təsərrüfatının gələcək inkişafında hansı istiqamətlərin əsas götürülməsində mayak rolu oynayır.
Yeni texnoloji nailiyyətlərin tətbiqini isə yalnız peşəkar, müasir yanaşmalar əsasında təhsil almış, yeniliklərə sürətlə adaptasiya edə bilən, yeni bilik və bacarıqların əldə olunması üçün çalışan möhkəm kadr bazası ilə həyata keçirmək mümkün olacaq”.
16 Sentyabr 23:00
784
16 Sentyabr 16:50
868
16 Sentyabr 11:40
896
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA