Yeni sistem sərnişin və yükdaşımada məmur-sahibkar təmasını minimuma endirəcək - Nazir müşaviri İqtisadiyyat

Yeni sistem sərnişin və yükdaşımada məmur-sahibkar təmasını minimuma endirəcək - Nazir müşaviri

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik-hüquqi şəxsin bazasında yaradılacaq AYNA informasiya sistemi sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, məmur-sahibkar təmasını da minimuma endirəcək.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova deyib.

A.Bədəlova çıxışında qeyd edib ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təmin olunmasını ən vacib vəzifələr kimi müəyyənləşdirib, məmur-vətəndaş təmaslarının minimuma endirilməsinin zəruriliyini vurğulayıb:

"Yeni “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik-hüquqi şəxsin bazasında yaradılacaq AYNA informasiya sistemi bu istiqamətdə əhəmiyyətli addım olacaq. Sistem sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, məmur-sahibkar təmasını da minimuma endirəcək, bu sahədə göstərilən dövlət xidmətlərində şəffaflığın artmasına və neqativ halların tamamilə aradan qalxmasına müsbət töhfə verəcək", - müşavir qeyd edib.