İcra başçılarının ləğvi artıq sosial sifarişdir Siyasət

İcra başçılarının ləğvi artıq sosial sifarişdir

Qarabağ qazisi Elvin Cəfərovun ölümündən sonra sosial mediada, İcra Hakmiyyəıti orqanlarının ləğvinə dair iddialar irəli sürülür.
İcra orqanlarının sovet dövründən qalma insitut olduğunu deyən BAXCP sədrinin müavini, QHT rəhbəri Niyaməddin Orduxanlı "Sherg.az"a bildirib ki, icranın ləğv olunması cəmiyyətin arzusu və tələbatıdır:
"Xatırlayırsızsa bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi(STM) icra orqanları ilə bağlı ictimai sorğu keçirmişdi. Sorğu iştirakçılarının əlli faizindən çoxu icra orqanlarına etimadının olmadığını ifadə etmişdi.Bu etimadsızlığın səbəbi hansısa bir fərdə yaxud tək bir quruma yönəldilmiş aqressiya deyil.Əsasən cəmiyyətin bütöv bir şəkildə ortaya qoyduğu müzakirədir.Məncə, bu gün referendum yolu ilə icra sturukturunun ləğ edilməsi çox önəmli bir addım olardı. Məlum proseslərdən və qazinin intiharı məsələsindən sonra yüz minlərlə insan bu orqanın ləğvi mövqeyini ortaya qoyur. Sözügedən sturukturun ləğvi artıq sosial sifarişə söykənir".