IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
1 Oktyabr 2022 10:54
2 604
Beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddiaların irəli sürülməsində sübutlardan istifadə olunub.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı mütəmadi cinayət işləri başlanılıb və təqsirli şəxslər müəyyən edildikdə beynəlxalq axtarışa verilir: “Bəzən həmin şəxslərin Azərbaycana ekstradisiyası, istintaqa cəlb edilməsində təbii ki, müəyyən çətinliklər olur. Bütün bunlara baxmayaraq, Vətən müharibəsindən sonra bir neçə cinayət törətmiş şəxsi tapdıq, istintaqa cəlb etdik”.
K.Əliyev vurğulayıb ki, hətta Xocalı soyqırımında iştirak etmiş bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün oldu: “Bu məsələnin başqa bir üstünlüyü ondan ibarətdir ki, Azərbaycan beynəlxalq məhkəmələrdə, xüsusən, beynəlxalq ədalət məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaların irəli sürülməsində istintaq zamanı əldə edilən sübutlardan istifadə olunub”.
23 Sentyabr 17:40
889
23 Sentyabr 16:46
868
23 Sentyabr 16:15
938