16 Sentyabr 23:38
24 Noyabr 2022 12:56
3 283
Hadrutda, Tuğda, Daşaltıda, Suqovuşanda, Şahbulaqda turizm komplekslərinin tikilməsi üçün işlər həyata keçirilir.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 24-də “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
F.Nağıyev bildirib ki, Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərdə bir neçə layihə həyata keçirir.
“O cümlədən Hadrutda, Tuğda, Daşaltıda, Suqovuşanda, Şahbulaqda turizm komplekslərinin tikilməsi üçün işlər həyata keçirilir. Ümumən regionun turizm potensialı dəyərləndirilir və turizm məhsulları yaradılır.
Əlbəttə ki, həmin ərazilərdə turizm üçün ilkin mərhələ var, minalardan təmizlənmə, infrastrukturun qurulması və əhalinin qayıtması. Dövlət Turizm Agentliyi olaraq biz düşünürük ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və biz orada turistləri qəbul edə biləcəyik. İlkin proqnozlarımız belədir ki, 2025-ci ilə qədər həm daxili, həm xarici turislər nəzərə alınmaqla təxminən bir milyona yaxın insan həmin ərazilərə səfər edəcəklər. Bunun üçün bütün hazırlıq işləri aparılır”, - deyə o qeyd edib.
16 Sentyabr 23:22
658
16 Sentyabr 18:11
805
16 Sentyabr 17:36
1 876
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA