Bakı hərbi antiterror əməliyyatlara başlaya bilər Siyasət

Bakı hərbi antiterror əməliyyatlara başlaya bilər

Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlar prosesi tənəzzülə uğrayıb.

Bu u "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Ermənistan Baş naziri Nikol Paşinyanın qeyri-konstruktiv mövqeyi nəticəsində sülh danışıqlarında irəliləyişlər əldə etmək olmadı. Demək olar ki, sülh müqaviləsinin bağlanması istiqamətində Brüssel formatı və Vaşinqton gündəliyi istiqamətində aparılan danışıqlar müstəvisinin əksinə olaraq N. Paşinyan Rusiyanın irəli sürdüyü təklifləri qəbul etdiyini qeyd edib: "Ermənistanın qane etdiyi Rusiyanın şərtləri isə, Soçi Bəyannaməsinə rəsmi Bakının tələbinə görə salınmadı. Bu Bəynnaməsə "Dağlıq Qarabağın statusu" və sülhməramlı qüvvələrinin vaxtının uzadılması təklifləri prezident İ.Əliyev tərəfindən qəbul edilmədi.

Göründüyü kimi, N. Paşinyan Soçi Bəyannaməsini də qəbul etmyərək, şifahi olaraq Moskvanın irəli sürdüyü həll variantına üstünlük verdiyini elan edib. Halbuki, Rusiyanın vasitəçiliyi ilə Soçi Bəyannaməsinin şərtlərini yerinə yetirməlidir. Əgər, Soçi Bəyannaməsinin şərtlərini yerinə yetirərsə, sülh danışıqlarında mühüm irəliləyişlər əldə etmək olar. Amma, Kreml imza atdığı sənədin reallaşmasına da imkan vermir".

Qərb və Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində rəqabət aparır. Əslində isə, Rusiya sülh müqaviləsinin bağlanmamasına çalışır: "Çünki, Soçi Bəyannaməsi məqbul sülh danışıqlarının başlanılması üçün uyğun variant sayıla bilər.

Qeyd edim ki, Brüsselin və Vaşinqtonun vasitəçiliyində N. Paşinyan maraqlı görünmür. O, yeni geosiyasi şərtlərin dəyişməsini hədəfləyir. Amma, növbəti ildən Vaşinqton və Brüsselin aktiv şəkildə fəallaşmasını Bakıya ciddi dəstəyin veriləcəyi istisna deyil.

Azərbaycan Qarabağda Rusiya sülhməramlı qüvvələri müvəqqəti nəzarət etdiyi ərazilərdə silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara başlaya bilər. Çünki, qanunsuz silahlı erməni birləşmələrinin atəşkəsi mütəmadi olaraq pozması davam edir. Bundan sonra, Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində intensiv danışıqlar aparılacaq və proseslər Qərbin nəzarətində həyata keçirilə bilər".
Cavid