“Fransanın riyakarlıq və ədalətsizliyini heç bir zaman unutmayacağıq”-Adil Əliyev Siyasət

“Fransanın riyakarlıq və ədalətsizliyini heç bir zaman unutmayacağıq”-Adil Əliyev

“Fransa 30 il Azərbaycan torpaqlarının işğalına seyrçi qaldı. Xocalı soyqırımı görməzdən gəldi. Fransa BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməsini istəmədi. Elə ki, Azərbaycan öz tolaqrının işğaldan azad etməyə başladı o zaman ortaya düşdü”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Adil Əliyev parlamentin plenar iclasınmda çıxşı zamanı səsləndirib. Adil Əliyev əlavə edib ki, Fransa Azərbaycanın öz suverenlyinin bərpa olunmasına qarşıdır: “Fransan Azərbaycanı itirir. Azərbaycan siyasi, iqtisadi və hərbi çəkisinə görə, Cənubi Qafqazın əsas dövlətidir. Erməni lobbisinin təhriki ilə hərəkət edənlər ədaləti pozmaqla yanaşı Fransa milli təhlükəsizlik məsələsinə də zidd hərəkətlər edir. Fransanın antiazərbaycan siyasəti Avropanın maraqlarına da ziddir. Erməni lobbisinin əlində oyuncağa çevril, sonra da vasitəçi olmaq üçün Azərbaycan dövlətindən xahiş et. Bu mümkün deyil. Bir gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Amma Fransanın riyakarlıq və ədalətsizliyini heç bir zaman unutmayacağıq”.

Əli