“Ermənistan sülh üçün düzgün imkanlar aramalıdır” Siyasət

“Ermənistan sülh üçün düzgün imkanlar aramalıdır”

“Ermənistan mövqeyini köklü dəyişməklə sülh üçün düzgün imkanlar aramalıdır, sülhü müvəqqəti xarakter kimi görməməli və onu revanşizm üçün hazırlanacaq bazaya çevirməməlidir”. Bunu siyasi şərhçi Aqşin
İrəvanın tutumunda isə revanşizmdən tamamilə yox, qismən imtinaya işarələr verilir, bunu Ermənistanın sülh modeli üçün beynəlxalq mexanizmlər axtarmasında, gah Qərbin, gah da Rusiyanın əlinə oynayan addımlarında görmək çətin deyil”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib. A.Kərimov bildirib ki, Azərbaycanın sülhə dair şərtlər çərçivəsi də genişdir, Bakı sərhədlərin delimitasiyasından tutmuş, Zəngəzur dəhlizi layihəsi, Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri dönüşünü vahid sülh paketində cəmləşdirməyi hədəfləyə bilər.
Qərbi azərbaycanlıların qayıdışı Zəngəzur dəhlizinin açılması və sərhədlərin delimitasiyasından sonrakı mərhələdir, lakin nəzəri olaraq paralel xüsusiyyətlərə də malikdir.
Qərbi azərbaycanlıların qayıdışı, ən azından, ona görə lazımdır ki, Bakı Ermənistandakı azərbaycanlı icmasını bərpa edir və onların hüquqlarının, azadlıqlarının təminatçısına çevrilir, beləliklə, İrəvan üzərində humanitar-strateji təzyiq qazanır”.