“Cənab prezident Ermənistana və beynəlxalq ictimaiyyətə Azərbaycanın möveyini xatırlatdı” Siyasət

“Cənab prezident Ermənistana və beynəlxalq ictimaiyyətə Azərbaycanın möveyini xatırlatdı”

“Prezident İlham Əliyevin komanda hissəsində çıxışının iki aspektini qeyd etmək olur. Birincisi, bir azərbaycanlı mövqeyinin bir daha diqqətə çatdırılması idi. Cənab prezident bir daha bəyan edir ki, Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin imzalanması üçün təmkin nümayiş elətdirir və sülh müzakirələrinin müsbət nəticə ilə başa çatması üçün əlindən gələni edir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Zaur İbrahimli deyib. Z.İbrahimli bildirib ki, cənab prezident bir daha həm Ermənistana, həm beynəlxalq ictimaiyyətə Azərbaycanın möveyini xatırlatdı: “Və son iki ildə Azərbaycanın ardıcıl olaraq bu mövqeyi müdafiə etdiyini bəyan etdi. Bu Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və eyni zamanda Azərbaycanın yurisdikasının onun bütün tanınmış sərhədləri daxilində bərqərar olmasıdır”.

Əli