16 Sentyabr 23:38
16 Aprel 2024 16:26
3 269
Ölkələr xarici siyasətlərə, regionlarda baş verən hadisələrə öz milli maraqlarına uyğunluq və stabilliklərinə təsir etməməsi istiqamətində yön verməlidir. Həm Türkiyə, həm də Azərbaycan bu aspektdən baxır.
Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
Onun sözlərinə görə, yaşadığmız coğrafiya geosiyasi və geostrateji cəhətdən çox önəmli bir bölgədir.
"Dünya addım-addm üçüncü dünya müharibəsinə doğru gedir. Hətta deyə bilərik ki, bu müharibə başlayıb. Dünyada baş verən bu proseslər ölkələrə təsirsiz ötüşməyəcək. Azərbaycan bu fonda hadisələrə öz milli maraqları çərçivəsində yanaşır.
Həmçinin, özünün ayrıca strateji istiqaməti var. Azərbaycanın cənub qonşusu bir tərəfdən Ermənistanı dəstəkləyir, digər tərəfdən də Azərbaycana aid olmayan mövzularla əlaqəli təzyiq göstərməyə çalışır.
Bu səbəbdən Azərbaycan regionda sabitlik və sülh üçün çalışır. Həm də bu cür faəliyyətləri dost ölkələrlə koordinasiya etməsi çox önəmlidir. Azərbaycan və Türkiyə dünyada baş verən proseslərdə tərəf olmamağa davam edir. Hər iki ölkə siyasətdə əməkdaşlığa önəm verir", - deyə o bildirib.
16 Sentyabr 23:22
707
16 Sentyabr 18:11
833
16 Sentyabr 17:36
2 114
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA