27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
10 Yanvar 17:54
3 143
Paşinyan yazır ki, Qərbi Azərbaycan Qazaxdır, Tovuzdur, Gədəbəydir, Kəlbəcərdir, Qubadlıdır, Zəngilandır.
Xalqcebhesi.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ekspert Hasmik Babacanyan qeyd edib.
O bildirib ki, Paşinyanın ritorikası kəskin dəyişib:
“Xatırladım ki, Paşinyan “Qarabağ Ermənistandır” demişdi. İndi isə deyir, Zəngilan, Qubadlı, Kəlbəcər Qərbi Azərbaycandır. Belə olan halda vətəndaşlar ondan soruşurlar: övladlarımızı niyə Qərbi Azərbaycanda (Zəngilan, Qubadlı, Kəlbəcər nəzərdə tutulur – red.) qırğına veridiniz. Əgər ora Azərbaycan ərazisi idisə, 2020 müharibəsində əsgərlərimizin orada nə işi var idi?”, - H.Babacanyan yazıb.
Ekspert qeyd edib ki, artıq insanlar dərin yuxudan oyanır və bu amansız sualı verirlər: “Ermənistan Ermənistandırmı? Yoxsa o da bitdi?”
27 Dekabr 13:18
2 282
26 Dekabr 22:15
1 638
26 Dekabr 19:14
1 666