
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Giriş qadağası ilə bağlı təsdiq almaq üçün Azərbaycan hakimiyyətinə rəsmi sorğu göndərməyi planlaşdırıram.
Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev Azərbaycanın onu “arzuolunmaz şəxs" etməsilə bağlı rus mətbuatına açıqlamasında deyib.
Valuyev bu qərarı mübahisələndirməyəcəyini bildirib:
"Təəccübləndim. Baxın, mənim Teleqram kanalımı izləyin, nəticə çıxarın. Əgər bu, belə bir qərar üçün səbəb ola bilərsə, deməli, emosiyalar belədir. Bu məsələ məni ümumiyyətlə narahat etmir. Düşünürəm ki, diplomatiyada emosiyaların rolu olmamalıdır. Əsl səbəblər mənə aydın deyil. Mübahisələndirmək? Bunun nə mənası var? Mən o yerlərə getməyə xüsusi maraq göstərməmişəm, buna görə də mübahisələndirmək, necə deyərlər, dəyərmi? Bəli, təəccübləndim".
Deputat əlavə edib ki, giriş qadağası ilə bağlı təsdiq almaq üçün Azərbaycan hakimiyyətinə rəsmi sorğu göndərməyi planlaşdırır:
"Fikirləşirəm ki, rəsmi, nə bilim, bir sənəd almaq lazımdır. Biz sorğu yazacağıq. Kiminsə yazdığı bir şeyə görə danışmaq istəmirəm, çünki rəsmi şəkildə mənə heç bir bildiriş gəlməyib. Mənə deyirlər ki, bunu şərh et, amma ortada rəsmi bir reaksiya və ya bildiriş yoxdur ki, mən artıq orada arzuolunmaz şəxsəm", - deyə o qeyd edib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev Azərbaycan dövləti və xalqı əleyhinə təhqiramiz ifadələr işlətmiş, ölkəmizə qarşı təhdid xarakterli fikirlər səsləndirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi Valuyevi ölkəyə girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edib və onun ölkəmizə girişinə qadağa qoyub.