Milli Məclisin komitə sədrlərinin müavinləri - SİYAHI Siyasət

Milli Məclisin komitə sədrlərinin müavinləri - SİYAHI

BAXCP sədri Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini seçilib

Altıncı çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında komitə sədrlərinin müavinləri də seçilib.
Komitələr üzə müavinlərin siyahısını təqdim edirik:
- Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev;
- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini - millət vəkili Əli Məsimli;
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini - millət vəkili Sevinc Fətəliyeva;
Elm və təhsil komitəsi sədrinin müavini – millət vəkili Musa Qasımlı;
Səhiyyə komitəsi sədrinin müavini – millət vəkili Rəşad Mahmudov;
- Aqrar siyasət komitəsi sədrinin müavini – millət vəkili Sabir Hacıyev;
Mədəniyyət komitəsi sədrinin müavini – Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa;
Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini – millət vəkili Jalə Əliyeva;
Əmək və sosial siyasət komitəsi sədrinin müavini – millət vəkili Məlahət İbrahimqızı;
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini – millət vəkili Hikmət Məmmədov;
İnsan hüquqları komitəsi sədrinin müavini – millət vəkili Tahir Kərimli.
Qeyd edək ki, deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin sədri vəzifəsinə seçiliblər.