İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Nazir müavini: WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın qlobal nailiyyətlərinə verilən qiymətdir
Rusiya qoşunları son 24 saat ərzində üç yaşayış məntəqəsini nəzarətə götürüb
9 İyun 2020 15:19
3 101
“Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin iyunun 11-də virtual formatda keçiriləcək konfransının gündəliyi açıqlanıb.
Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidmətinin verdiyi xəbərə görə, nazirlər 2020-ci ildən sonra “Şərq Tərəfdaşlığı” və beş uzunmüddətli siyasi məqsəd - iqtisadiyyat və əlaqəlilik, məsuliyyətli institutlar, qanunun aliliyi və təhlükəsizlik, yaşıl və rəqəmsal dəyişikliklər, ədalətli və inklüziv cəmiyyətlər barədə Avropa Komissiyasının və Aİ Şurasının təsdiqlədiyi Birgə Kommunikasiyanı müzakirə edəcəklər.
Nazirlər həmçinin rifah və səhiyyə sahələrində, xüsusilə də ictimai səhiyyə və COVID-19 pandemiyası ilə bağlı əməkdaşlığı gücləndirməklə əlaqədar Birgə Kommunikasiyaya yeni əlavələri nəzərdən keçirəcəklər.
XİN başçıları eyni zamanda, həm səhiyyə sektorundakı ehtiyacları, həm də COVID-19-un uzun müddətli sosial-iqtisadi təsirlərini aradan qaldırmağı hədəfləyən Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrinə verdiyi dəstək ətrafında fikir mübadiləsi aparacaqlar.