“Azərbaycan işğal olunmuş ərazilərdə hərbi əməliyyatlara başlaya bilər” Siyasət

“Azərbaycan işğal olunmuş ərazilərdə hərbi əməliyyatlara başlaya bilər”

Məhəmməd Əsədullazadə: “Bu da Azərbaycana Qərbin tam dəstək verməsi ilə nəticələnəcək”

“ABŞ Konqresində Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistan əleyhinə düzəlişlərin qəbul edilməsi, Ermənistan daxilində Nikol Paşinyana qarşı narazılıqları daha da artıracaq”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. M.Əsədullazadə əlavə edib ki, bir müddət bundan əvvəl, Avropa Parlamenti tərəfindən Qarabağa növbəti yolun çəkilməsinə qarşı qəbul edilən qətnamə Ermənistanda Paşinyanın xarici siyasətinin fiaskosu kimi dəyərələndirilirdi: “Erməni siyasi camesi bütövlükdə Paşinyanı bu qətnaməyə görə ittiham edirdilər. Növbəti zərbənin ABŞ-dan gəlməsi, artıq Paşinyan üçün daxili siyasi mübarizdə rəqibləri qarşısında mövqeyini zəiflədəcək.
Nikol Paşinyana qarşı Qərbin bu mövqeyi, onun Rusiya ilə bağlarını qırmaması və Qərbin enerji və nəqliyyat layihələrinə qarşı təxribatlar etməsidir. Əgər, Ermənistan tərəfi enerji xətlərinə qarşı təxriabtlara gedib, hədəf alarsa, bu, ABŞ tərəfindən bu ölkəyə sanskiyaların tətbiqinə gətirib çıxarar. Bundan əlavə, belə bir hal yaşanarsa, Azərbaycan işğal olunmuş ərazilərdə hərbi əməliyyatlara başlaya bilər. Bu da Azərbaycana Qərbin tam dəstək verməsi ilə nəticələnəcək.
Baş verənlər Ermənistan daxilində də Paşinyana qarşı yeni siyasi birliklərin formalaşmasına gətirir. "Vətən" partiyasının və DTK-nın sabiq sədri Vanatesyan və "Çiçəklənən Ermənistan" Partiyasının sədri Sarukyan, sabiq prezidentlər Robert Koçaryan və Serj Sarksiyan bir araya gəlib, payız aylarından başlayaraq Paşinyana qarşı siyasi mübarizədə birləşməsi istiqamətində danışıqlar aparır.
Qeyd edim ki, sabiq müdafiə naziri Ohanyanın Qarabağa gələrək, dostu separatçıların lideri Araik Artunyanla görüşü, məhz Paşinyan əleyhinə ittifaq yaratamaq üçün danışıqlar aparıb. Rusiya da prosesdə Pşainyanın devrilməsi üçün bu qüvvələrə dəstək verir.
Nikol Paşinyanın iki stulda oturmaq cəhdləri onun devrilməsini şərtləndirəcək. Məhz Azərbaycan əleyhinə Tovuz istiqamətində təxribatları davam etdirməklə, həm xarici siyasətdə zərbələr alır, həm də daxildə mövqeləri zəifləyir.
Ermənistanın Serbiyadan, ABŞ sanksiyalarına məruz qalmış şirkətdən silahlar alması, ABŞ tərəfindən mənfi qarşılanacaq. Azərbaycan bu istiqamətdə ABŞ-ı məlumatlandırmalıdır. Göründüyü kimi Ermənistan tərəfinin addımları ABŞ-a qarşıdır və Nikol Paşinyanın oyun qayadaları regionda sülh və təhlükəsizliyi, hətta Qərbin geosiyasi maraqlarını təhdid edir. Azərbaycan bu situasiyadan istifadə edib, Ermənistana qarşı Avropa və digər beynəlxalq təşkilatlarda sanskiyalar tətbiq etməsinə çalışmalıdır”.

Əli