16 Sentyabr 23:38
29 Sentyabr 2020 16:32
1 988
Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hazırkı vəziyyətdə Azərbaycanın hərəkətləri beynəlxalq hüquqa uyğundur.
Bunu qazaxıstanlı politoloq İslam Kurayev deyib.
O bildirib ki, Azərbaycanın bütün addımları beynəlxalq konvensiyalar çərçivəsindədir:
“Azərbaycan öz ərazi bütövlüyü uğrunda, öz ərazisində müharibə aparır, yəni öz suverenliyini müdafiə edir. Qeyd etmək lazımdır ki, beynəlxalq konvensiyalara və beynəlxalq hüquqa əsasən, bu və ya digər dövlətin ərazisində olan başqa ölkənin qoşunları işğalçı qüvvə hesab olunur və öz növbəsində ərazisi zəbt olunan ölkə öz sərhədlərinin müdafiəsi üçün hərbi güc tətbiqi hüququna malikdir”.
Dağlıq Qarabağ münaqişə zonasında baş verən hadisələri şərh edən politoloq qeyd edib ki, Azərbaycan ordusu mühüm uğurlar əldə edir.
16 Sentyabr 23:22
574
16 Sentyabr 18:11
721
16 Sentyabr 17:36
1 722
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA