16 Sentyabr 23:38
6 Oktyabr 2020 10:45
3 157
Kanadanın Türkiyəyə silah ixracını dayandırması qərarı “ikili standartlar”ın tətbiq olunması deməkdir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Kanada hökuməti Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək üçün apardığı haqlı mübarizəni əsas gətirərək bu addımı atıb:
“Kanadanın bəzi hərbi texnologiyanın ölkəmizə ixracını dayandırması qərarı bu ölkənin ikili standartlarının təsdiqidir. Kanada bu əsrin ən böyük faciələrindən birinin yaşandığı Yəmənə müdaxilə edən ölkələrə silah ixracını dayandırmadığı bir vaxtda, NATO müttəfiqinə qarşı bu addımının hər hansı bir izahı ola bilməz”.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Jan-Fransua Şampan Kanadada istehsal olunan və Türkiyəyə ixrac edilən texnologiyanın Dağlıq Qarabağ münaqişəsində istifadə olunmasını əsas gətirərək müəyyən silahların satışını dayandırıb.
16 Sentyabr 23:22
672
16 Sentyabr 18:11
805
16 Sentyabr 17:36
1 925
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA