“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
24 Dekabr 2020 17:45
2 086
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Yüksək peşəkarlıq, səriştəlilik, qeyri-adi enerji və müdriklik Sizi ən mürəkkəb dövlət məsələlərini uğurla həll edən parlaq siyasi lider nümunəsinə çevirib.
Belarus-Azərbaycan münasibətlərinin inkişafına konstruktiv və maraqla yanaşmağınıza görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan çoxşaxəli əməkdaşlıq Belarus və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da dərinləşəcək və möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, firavanlıq və nəzərdə tutduğunuz hədəflərə nail olmağınızı arzu edirəm".
20 Mart 19:24
2 723
20 Mart 09:57
1 365
20 Mart 09:51
1 246