“Ermənistanın törütdiyi ekoloji terrora görə bütün dünya məsuliyyət daşıyır” – Tural İsmayılov Siyasət

“Ermənistanın törütdiyi ekoloji terrora görə bütün dünya məsuliyyət daşıyır” – Tural İsmayılov

“Ermənistan Oxçuçayla bağlı bəşəri cimayət törədir”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. “Ermənistan Qarabağı işğal etdikdən sonra təkcə mədəniyyət nümunələrimizə qarşı deyil, ekologiyamıza da ciddi düşmənçilik nümayiş etdirib. Dünya ekoloji təhlükəsizliyi ilə bağlı məsul olan qurumların heç biri indiyə kimi erməni barbarlığına qarşı normal münasibət göstərməyiblər. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın ekosisteminə qarşı törədilən bu cinayət cavabsız qalmamalıdır. Oxçuçay çayından götürülən su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların, xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom, nikel və digərlərinin yüksək miqdarda olduğunu aşkar edib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan dəfələrlə artıq olduğu müəyyən edilərək, çayın çirklənmə səviyyəsinin təhlükəli həddə olduğu aydın olub”.

Ekspert bildirib ki, bu günə qədər nə Almaniya, nə də “yaşıllar hərəkatı” hadisəyə obyektiv qiymət verməyib: “Ermənistanın ekologiya qətliamına susmaq utancvericidir. Araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənir. Oxçuçaydakı çirkləndiricilər suyun töküldüyü Araz və Kür çayları vasitəsilə Xəzər dənizinə axır. Nəticədə Xəzər hövzəsindəki 5 ölkənin ekosistemində çirklənmələr baş verir ki, bu da təkcə Azərbyacanın yox, həmin 5 ölkənin birgə həll etməli olduğu məsələdir. Oxçuçay terroruna susmaq bütün dünya üçün ayıbdır”.

Əli Zülfüqaroğlu