“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
4 Oktyabr 2022 08:07
9 310
Türkiyənin Bursa vilayətinin İznik rayonunda IV Dünya Köçəri Oyunlarında iştirakını başa vurmuş Azərbaycan idman nümayəndə heyəti Vətənə qayıdıb.
Trend xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təmsilçilərimiz mötəbər yarışda milli idmanın 12 növündə alış güləşi (2 növdə), kəmər güləşi, mas-restlinq, koreş, aşırtmalı aba güləşi, kapışmalı aba güləşi, pəhləvan güləşi, milli oxatma, yağlı güləş, kuraş, Qazax güləşində təmsil olunublar.
Azərbaycan idmançıları IV Dünya Köçəri Oyunlarını 21 medalla başa vurublar. Belə ki, bunlardan 5-i qızıl, 8-i gümüş, 8-i isə bürünc medaldır.
19 Dekabr 13:10
1 939
18 Dekabr 18:08
2 303
18 Dekabr 18:02
2 338