16 Sentyabr 23:38
26 Yanvar 2023 08:34
12 194
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi Nyonda (İsveçrə) keçirilən iclasda kişi komandaları üçün 2024-cü ilin sentyabrında qüvvəyə minəcək yeni yarış formatlarını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilir.
UEFA İcraiyyə Komitəsi yeni pley-off mərhələsini əlavə etməklə Millətlər Liqasının formatını dəyişib. A Liqasında qrup qalibləri və ikinci yeri tutan komandalar dördlər finalına vəsiqə qazanmaq üçün iki oyunluq pley-off mərhələsi keçirəcəklər. A Liqasında üçüncü, B Liqasında ikinci və üçüncü, C Liqasında ikinci olan komandalar kimin yüksələcəyini və ya aşağı liqaya düşəcəyini müəyyən etmək üçün iki oyundan ibarət pley-off mərhələsi keçirəcəklər.
Avropa çempionatına və dünya çempionatının Avropa təsnifatına seçimin formatı da dəyişdirilib. Milli komandalar dörd və beş komandadan ibarət 12 qrupa bölünəcək. Qrup qalibləri Avropa çempionatına və ya dünya çempionatına birbaşa vəsiqələr, ikincilər isə ya birbaşa vəsiqələr əldə edəcəklər, ya da pley-offda iştirak edəcəklər (Millətlər Liqasından pley-offa düşənlərlə birgə).
Qeyd olunur ki, UEFA Avropa çempionatının formatının dəyişdirilməsini nəzərdən keçirməyib. Turnir 24 komandanın iştirakı ilə davam edəcək.
UEFA İcraiyyə Komitəsinin növbəti iclası 2023-cü il aprelin 4-də baş tutacaq.
16 Sentyabr 14:33
812
16 Sentyabr 13:45
847
16 Sentyabr 10:48
917
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA