16 Sentyabr 23:38
3 Noyabr 2024 18:37
5 054
Misli Premyer Liqasının XII turunda baş tutan "Kəpəz" "Səbail" üzərində qələbə qazanıb.
Xalqcebhesi.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma Gəncə klubunun 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qolu 90+5-ci dəqiqədə Camal Cəfərov vurub.
Turun son qarşılaşması Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda gerçəkləşəcək. "Sumqayıt" evdə "Sabah"la qarşılaşacaq. Rəvan Həmzəzadənin idarə edəcəyi görüşə saat 19:00-da start veriləcək.
Hazırda "Sabah" 17 xalla beşinci pillədə yer alıb. "Sumqayıt" isə 10 xalla 7-cidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Araz-Naxçıvan"a uduzub - 0:1. "Turan-Tovuz" - "Qarabağ" matçında qol vurulmayıb. "Zirə" isə səfərdə "Şamaxı"nı məğlub edib - 2:0.
16 Sentyabr 14:33
777
16 Sentyabr 13:45
805
16 Sentyabr 10:48
868
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA