
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Bakıda Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi, Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Çempionların savaşı” adlı turnir keçiriləcək.
AŞF-dən AZƏRTAC-a bildirilib ki, aprelin 27-30-da Milli Xalça Muzeyində Azərbaycanın və dünyanın aparıcı şahmatçıları rapid və blits mübarizəsində qarşılaşacaqlar.
“Çempionlar savaşı”nda Azərbaycan çempionu Rauf Məmmədov 15-ci dünya çempionu Vişvanatan Anandı (Hindistan), qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə dünya və Avropa çempionu Antoaneta Stefanovanı sınağa çəkəcək. “Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
Turnirdə qədim sənət növü ilə dünyanın ən qədim oyunu vəhdət təşkil edərək, zəka sahiblərinin mübarizə məkanına çevriləcək.
Qeyd edək ki, Vişvanatan Anand, Rauf Məmmədov, Antoaneta Stefanova və Günay Məmmədzadə aprelin 27-də ölkə birinciliyinin qalib olan yeniyetmə şahmatçılara seans keçəcək.