16 Sentyabr 23:38
21 Aprel 2021 14:49
9 128
Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazinin göstərişi ilə milliləşdirilmə prosesini sürətləndirən AFFA daha bir futbolçunu gözaltı edib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, assosiasiya İranın “Taktor” klubunun hücumçusu Məhəmməd Abbaszadə ilə maraqlanır.
30 yaşlı forvardın qolçuluq bacarığını ötən ilindən formasını geyindiyi “Taktor”da da davam etdirməsi skautların diqqətindən yayınmayıb. Üstəlik, Abbaszadənin indiyə qədər İran millisinə çağırılmaması da AFFA rəhbərliyini ümidləndirib. Təcrübəli futbolçu Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində aprelin 14-də “Paxtakor”la səfər matçında dubl edərək (3:3), komandasına 1 xal qazandırıb.
Qeyd edək ki, bu mövsüm “Traktor”un heyətində İran çempionatında 9 qola imza atan Məhəmməd Abbaszadə bombardirlər yarışında 3-cü pillədə qərarlaşır.
16 Sentyabr 14:33
763
16 Sentyabr 13:45
784
16 Sentyabr 10:48
854
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA