“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
14 Noyabr 2022 10:01
2 079
İran rejimi istər narkomaniyanı, istərsə də dini fanatizmi ilk növbədə öz ölkəsi daxilində yaymaqla mollaların qurduğu saxta rejimi saxlamaq və onun ömrünü uzatmağa çalışırlar. Bu yol 40 ildən çoxdur ki, onların köməyinə gəlir. Amma ölkə daxilində bu siyasəti anlayıb, başa düşənlər də az deyildir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Politoloq qeyd edib ki, rejimin təqib etdiyi, həbs etdiyi, edam etdiyi insanların bir çoxu bu siyasətə qarşı çıxan, ona qarşı mübarizə aparan insanlardır: "İnsanlar İran daxilində hər zaman təhlükə içərisində yaşayırlar. Rejimin hər yerdə insanları təqib etdiyini, onları izlədiyini hamı yaxşı bilir. Rejim insanlara, xüsusən də, qadınlara qarşı həddindən artıq amansızdır. Bunun səbəbi isə çox sadədir. Məsələ ondadır ki, qadınları digər insanlar kimi narkomaniyaya, açıq təqiblərə məruz qoymaq çətindir. Rejim bunun üçün tarixən sınanılmış yol seçib. Bu, qadınların "baş örtüsü", hicab kimi saxta dini adətlərlə təzyiq altında saxlanılması və ən əsası isə onların "sigə" adı altında əxlaqsızlığa cəlb edilərək həyat məqsədlərindən döndərilməsi yollarıdır. Müsəlman qadınının hicab geyinib, başının bağlanmasında təbii ki, heç bir problem yoxdur, amma bu, insanın özünün əsl istəyi və arzusu daxilində olarsa. İran rejimi isə bunu zor gücünə edir"
Cavid
19 Dekabr 21:34
707
19 Dekabr 21:32
700
19 Dekabr 20:26
896