23 Sentyabr 23:37
23 Sentyabr 23:29
Zəngilanın Cahangirbəyli kəndində 242 fərdi ev tikilir - FOTO
“Dövlət Proqramı dağ-mədən sənayesinin inkişafını nəzərdə tutur”
Bakıda anbardan 51 min manatlıq kombi aparatları oğurlanıb, 4 nəfər saxlanılıb
Yepiskop Aleksiy: Vətən müharibəsindəki qələbənin ölkəmiz üçün böyük əhəmiyyəti var
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
3 Mart 2023 07:28
2 534.jpg)
ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş Hindistanda keçirilən G20 nazirlərinin toplantısı çərçivəsində 8 dəqiqə davam edib və Moskva ilə bundan sonra belə təmaslar gözlənilmir.
Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib.
"Bu, səkkiz dəqiqəlik, kifayət qədər qısa bir təmas idi. ABŞ belə qısa ünsiyyətin Rusiyanın yaxın gələcəkdə və ya indiki mövqeyini dəyişdirə biləcəyi ilə bağlı heç bir illüziyaya sahib deyil", - deyə N.Prays bildirib.
Jurnalistlərin Rusiya ilə gələcək təmasların mümkün olub-olmaması ilə bağlı sualına cavabında N.Prays bildirib ki, "ABŞ yaxın gələcəkdə hər hansı yüksək səviyyəli təmas gözləmir".
Eyni zamanda o əlavə edib ki, Vaşinqton “həmişə dialoqa açıqdır”.