
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
2023-cü ilin fevral ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 17 faiz artaraq, 1 milyon 272 min 535 nəfər olub.
Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 11 faiz artaraq 991 min 773 nəfər, beynəlxalq reyslər üzrə isə 42 faiz artaraq 280 min 762 nəfər təşkil edib.
Bu ilin fevral ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 16 min 734 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 11 min 373 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 25 faiz artaraq, 5 min 361 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 9 min 235 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 16 faiz artaraq 7 min 184, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 2 min 51 olub.
2023-cü ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 25 milyon 370 min 192 nəfər, yük dövriyyəsi isə 430 min 212 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.