16 Sentyabr 23:38
29 May 2023 11:24
4 333
"British Airways" aviaşirkətinin London-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.
"Boeing 787" təyyarəsi yerli vaxtı ilə saat 05:09-da Bakı hava limanına uğurla eniş edib.
Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırıb. Onunla birlikdə Bakıda ailə üzvü olan daha bir reys sərnişini qalıb.
"British Airways" aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 07:37-də yola düşüb.
16 Sentyabr 23:50
588
16 Sentyabr 23:50
532
16 Sentyabr 23:09
560
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA