FBI rəhbəri “qanunu pozmuş ola bilər“ Dünya

FBI rəhbəri “qanunu pozmuş ola bilər“

FBI rəhbərliyi Hillari Klintonla əlaqəli ola biləcək elektron məktubları araşdırmaq üçün büro yaratmaqla qanunu pozmuş ola bilər. Harry Reid, FBI direktoru James Komeyi məmurların seçkiyə təsirini qadağan edən aktı pozmaqda ittiham edib. FBI-ın bu məlumatla bağlı sorğusu ABŞ prezident seçkilərinə iki həftədən az vaxt qaldığı dönəmə təsadüf edib. Büro həmçinin Klintonun yardımçısına məxsus olan emailləri araşdırmaq üçün order alıb.
Huma Abedindən gələn məktublar onun keçmiş həyat yoldaşı, sabiq konqresmen Antoni Veinerin laptopunda tapıldığı güman edilir. 650 min elektron məktubun araşdırlması lazımdır ki, müstəntiqlərin onlar barədə seçkidən öncə qərar verəcəyi çətin görünür. FBI hesab edir ki, elektron məktublar xanım Klintonun Obama administrasiyasında işlədiyi dövrdə şəxsi serverdən istifadə etməsinə "uyğun" ola bilər.
Klintona qarşı balladılan iş hər hansı ittiham irəli sürülmədən iyul ayında bağlanıb. Məktubda cənab Reid cənab Komey ittiham edərək yazıb ki, o bir partiyanın üzərindən digərinə kömək etmək üçün ikili standart tətbiq edir. "Partizan hərəkətlərinizlə siz qanunu pozmuş ola bilərsiniz",- o deyib. O həmçinin cənab Komeyi "Donald Trump və onun baş məsləhətçisinin Rusiya hökuməti ilə sıx əlaqəsi haqda səs-küylü məlumatı" gizli saxlamaqda ittiham edib.
"Xalqın bu məlumatı bilmək haqqı var. Mən sizə bir neçə ay öncə bu məlumatı xalqa söyləməniz üçün məktub yazaraq çağırış etmişəm",- Reid deyib. New York Times-a yazısında o deyib: "Mən heç vaxt düşünməzdim ki, FBI öz araşdırmalarında hansısa siyasi oyuna sürüklənə bilər. Bu həftəyə qədər."
Klintonun elektron məktub mübahisələri yenidən gündəmə gələnə qədər rəy sorğuları onun Donald Trumpı qabaqladığı görünürdü. Bazar günü dərc olunan ABC News/Washington Post sorğusu göstərib ki, Klinton rəqibindən indi cəmi bir faiz irəlidədir.