Katz İrana zərbələri gücləndirmək əmri verib
27 Mart 15:59
27 Mart 15:59
27 Mart 13:45
15 Avqust 2024 08:34
2 506
Britaniya kəşfiyyat xidmətləri Rusiyanın Londondakı səfirliyində diplomatları işə götürmək və ya onları qorxutmaq cəhdləri edib.
Bu barədə RİA Novosti-yə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin məlumat verib.
“Etiraf etməliyəm ki, belə hallar olur” deyən agentliyin həmsöhbəti bunun yolverilməz olduğunu vurğulayıb.
Kelin əlavə edib ki, Rusiya tərəfi müvafiq epizodları Britaniya hakimiyyətinin diqqətinə çatdırır.
Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Amerika xüsusi xidmət orqanlarının rus diplomatlarına “qeyri-sağlam diqqətini” qeyd edib. Onun sözlərinə görə, ABŞ-dakı rus diplomatlarına telefonla mesajlar göndərməklə və ictimai yerlərdə “təxribatçı yanaşmalar” etməklə əməkdaşlıq təklif olunur.
Cavid