08:29
385
ABŞ hərbçiləri sentyabrın sonunadək bütün qüvvələrini İraqdan çıxarmağa hazırlaşır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" xəbər verir.
Agentliyin məlumatına görə, İraqın Baş naziri Əli əl-Zaidi çərşənbə günü ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper ilə görüşüb.
Daha sonra əl-Zaidi bildirib ki, 30 sentyabr tarixini "İraqda İŞİD-lə mübarizə üzrə Qlobal Koalisiyanın hərbi missiyasının başa çatması və onun qüvvələrinin çıxarılmasının yekunlaşması üçün müəyyən edilmiş və son tarix" kimi təsdiq edib.
Amerikalı rəsmi şəxs agentliyə təsdiqləyib ki, ABŞ qoşunların çıxarılmasını sentyabrın 30-dək başa çatdırmağı planlaşdırır, lakin İraqda nə qədər hərbi qulluqçunun qaldığı və onların haraya köçürüləcəyi barədə məlumat verməkdən imtina edib.
"Birləşmiş Ştatlar, İraq və koalisiya tərəfdaşları İŞİD-in darmadağın edilməsində böyük uğurlar əldə ediblər və indi İraq təhlükəsizlik qüvvələri, o cümlədən İraq Kürdüstanının "Peşmərgə" və digər təhlükəsizlik qüvvələri İraqda terrorçulara qarşı mübarizəyə rəhbərlik edəcəklər", – deyə agentliyin həmsöhbəti bildirib.
Öz növbəsində, İraq kürdlərinin iki nümayəndəsi bəyan edib ki, ABŞ qoşunlarının və hərbi texnikasının Ərbildən çıxarılmasına təxminən üç həftə əvvəl başlanılıb.
Məryəm Quliyeva