2 Sentyabr 23:52
09:06
364
Pit Heqsetin müdafiə naziri postundakı fəaliyyəti ABŞ Quru Qoşunlarının (Ordusunun) modernləşdirilməsinə mane olur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ordu naziri Daniel Driskolun istefası ilə bağlı "CNN" telekanalı Amerika və Avropa rəsmilərinə istinadən məlumat verib.
Məlumata görə, Driskol Heqsetin Ordunun döyüş hazırlığına və islahatlarına cavabdeh olan generalları istefaya göndərmək barədə sərəncamlarından narahatlığını ifadə edib. "CNN"in bir çox mənbələri Driskolun Pendaqon rəhbərinin pilotsuz uçuş aparatlarının artan əhəmiyyətini nəzərə alaraq Quru Qoşunlarını XXI əsrin döyüş əməliyyatları şəraitinə uyğunlaşdırmağa mane olması fikri ilə razılaşıblar.
Bunun əvəzinə Heqset diqqətini özünün "amerikalı döyüşçü" obrazını qorumağa və hərbçilər arasında, onun fikrincə, həqiqi döyüş ruhunu dirçəltməyə yönəldir. "CNN" qeyd edib ki, o, hərbi komandanlığın onun bu baxışı ilə razılaşmayan nümayəndələrini sistemdən sıxışdırıb çıxarır.
Məryəm Quliyeva