13:13
245
Avropa İttifaqı (Aİ) noyabrın 16-da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransanın Avropa işləri üzrə naziri Benjamen Haddad məlumat verib.
Aİ-nin Xarici İşlər Şurasının bazar ertəsi keçiriləcək iclasında təsdiqlənməsi gözlənilən yeni məhdudiyyətlər siyahısına ümumilikdə 145-ə yaxın fiziki və hüquqi şəxs daxil ediləcək. Sanksiyalar Rusiyanın 50 bankını, "kölgə donanması"na dəstək verən şirkətləri, həmçinin hibrid fəaliyyətlərdə və kiberhücumlarda iştirak edən şəxsləri və qurumları hədəf alacaq.
Məryəm Quliyeva