Əsəd qüvvələri türk ordusundan qaçır: daha 9 kənd geri alındı Dünya

Əsəd qüvvələri türk ordusundan qaçır: daha 9 kənd geri alındı

Suriyada rejim qüvvələri son 3 ayda tutduqları kəndləri boşaldaraq qaçmağa başlayıb.
Müxalif qüvvələr Cəbəl əz-Zaviya bölgəsində əməliyyatları tamamlayaraq daha 9 kəndi geri alıb. Eyni vəziyyət Həmanın Əl-Qab bölgəsində də yaşanıb. Hava üstünlüyünü itirən rejim adıçəkilən bölgədə 9 kəndi tərk etməyə məcbur olub.
İdliblə Cəbəl əl-Zaviya, Hələb və Latakyanı birləşdirən M4 magistral yoluna nəzarətin müxaliflərdə olması strateji baxımdan da əhəmiyyətli sayılır.
Qeyd edək ki, Sərakib qəsəbəsi uğrunda gedən döyüşlərdə Türkiyə ordusuna məxsus PUA-lar müxalif qüvvələrə dəstək verib. Aparılan əməliyyatlar çərçivəsində rejimin silah və mərmilərlə dolu iki yük maşını, qəsəbədən 20 km şimalda binanın altında gizlədilmiş silah-sursat anbarı məhv edilib. Həmçinin, müxaliflərin pusquya düşürdüyü 20-yə yaxın rejim əsgəri zərərsizləşdirilib.
Məlumata görə, Sərakib qəsəbəsində rejim tərəfdən döyüşən Hizbullah üzvləri Türkiyə Silahlı Qüvvələrinin hədəfi olub.
İddiaya görə, Hizbullah Livandan və İrandan türk ordusu ilə müharibəni dayandırmaq üçün vasitəçilik etmələrini də istəyib.