17 Sentyabr 22:08
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən polis əməkdaşı saxlanılıb
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirilib - FOTO
“Bu tarix Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin mühüm səhifələrindəndir”
9 İyun 2020 10:21
2 198
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 6 yoluxma halı qeydə alınıb.
Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə yoluxanların sayı 818 nəfərə çatıb.
Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2902 nəfər karantində saxlanılır, 249 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 686 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.