16 Sentyabr 23:38
6 Aprel 2021 08:54
2 380
Çilinin səhiyyə sistemi koronavirusa yoluxma hallarının artması səbəbindən çökmə həddinə çatıb.
APA TASS-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Sebastyan Pinyera bildirib.
“Koronavirusun təkrar dalğası Çiliyə ağır ziyan vurub. Səhiyyə sistemimiz öz imkanları xaricində çalışır, amma xəstələr lazımi müalicəni almaqda davam edirlər”, - deyə prezident virusa qarşı peyvəndləmə kampaniyası ilə bağlı təşkil olunmuş mətbuat konfransında bildirib
Pinyera hökumətin pandemiya ilə mübarizədə “səhvlərə yol verdiyini” etiraf edib, ancaq bildirib ki, rəsmi qurumlar heç vaxt koronavirus təhlükəsinə laqeyd yanaşmayıblar.
16 Sentyabr 23:50
721
16 Sentyabr 23:50
630
16 Sentyabr 23:09
672
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA