Nur icmasının ABŞ-da yaşayan lideri Fətullah Gülən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı böhtançılıqda ittiham edərək məhkəməyə verib.
APA-nın xəbərinə görə, Gülən öz açıqlamaları ilə onun nüfuzuna xələl gətirən Ərdoğandan vurulan mənəvi zərərə görə 100 min türk lirəsi (44 200 dollar) tələb edir.
Din xadimini qəzəbləndirən baş nazirin onu Türkiyədə paralel dövlət idarəetmə sistemi qurmaqda və dövlət hakimiyyətini ələ keçirmək cəhdində ittiham etməsi olub.
Qeyd edək ki, Fətullah Gülən və Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlər ötən il dekabrın 17-də keçirilən rüşvət əməliyyatından sonra kəskinləşib.