Ünvanlı sosial yardım üçün müraciət zamanı bu məlumatlar tələb edilməyəcək Hadisə
- 4 May 2020 16:01
- 994
Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması üçün növbəti addım kimi, sosial yardım üçün müraciət proseduru daha sadə şəkildə qurulur.
Bu məqsədlə Nazirlik tərəfindən yeni layihə hazırlanıb. Layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan e-sistemdəki ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq. Müraciət zamanı əmək haqları, pensiya və müavinətlər, Prezidentin təqaüdləri ilə təmin edilib-edilməmək, məcburi köçkün statusuna malik olma ilə bağlı məlumatların qeyd edilməsi istənilməyəcək.
I və II dərəcə əlillik, kommunal xidmətlərə görə illik xərcin məbləği, işsizlik statusunun olub-olmaması, nəqliyyat vasitəsi ilə bağlı məlumatların da vətəndaşlar tərəfindən daxil edilməsinə ehtiyac qalmayacaq. Həmçinin ödənişli əsaslarla təhsil alma, xarici ölkədə olma vəziyyəti, fərdi ev və ya mənzilin sahəsi, poçt indeksi kimi məlumatlar vətəndaşlardan istənilməyəcək.
Eləcə də ailə üzvlərinin mobil nömrələri (əks əlaqə vasitəsi üçün telefon nömrəsi istisna olmaqla), onlardan istifadə xərcləri və s. kimi məlumatların qeyd edilməsi tələbi aradan qalxacaq.
Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək. Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq.
Qeyd edək ki, son vaxtlar ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi nəticəsində proqramın əhatə etdiyi ailələrin sayı artıb. Təkcə son bir ayda ünvanlı yardımı alan ailələrin sayı 12 min (50 min ailə üzvü) artaraq 1 may tarixinə 82 mini (342 min ailə üzvü) ötüb. Ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 224 manatdır.
-
Bu gün Sulduz əhalisinin qətliamının ildönümüdür
-
Rusiya XİN rəhbəri: İranın nüvə silahı yoxdur
-
Lavrov Moldova və Ermənistan rəhbərliyinə xəbərdarlıq edib
-
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
-
Lavrov: Ermənistan Avrasiya İqtisadi İttifaqından ən çox fayda götürən ölkədir
-
Türkiyə XİN İsraillə İrana çağırış edib
-
Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefonla danışıb
-
Lavrov Ermənistanın KTMT ilə bağlı ittihamlarına cavab verib
-
NATO “xarici agentlər” qanununun Gürcüstan parlamentində qəbul edilməsindən narahatdır
-
“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb
-
Tovuz sakini qadının üstünə benzin tökərək yandırıb
-
Bakı Fransız Liseyi niyə bağlanır? - Səbəb AÇIQLANDI
-
Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır
-
Lavrov: Ukrayna ilə bağlı danışıqlar başlasa belə, hərbi əməliyyatlara fasilə verilməyəcək
-
NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək
-
Regionun lideri: Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülüb
-
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
-
“Hər gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında veteranları görürük”
-
“Milli Məclis büdcə vəsaitlərindən səmərəli istifadəyə ciddi şəkildə nəzarət etməlidir” - Qüdrət Həsənquliyev
-
Xəzərdə yaradılacaq süni torpaqlarda tikinti işlərinə icazə veriləcək
-
Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq
-
Kirayə üçün kompensasiya veriləcək - Kimlərə şamil ediləcək?
-
İran MN: İsfahan üzərində vurulan PUA-lar sınaq məqsədilə buraxılıb
-
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir
-
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - ƏMR
-
ABŞ və Qərb dairələri Cənubi Qafqazda sülh olmasında maraqlı deyil - ŞƏRH
-
Sülhməramlıların ərazilərimizi daha tez tərk etməsini şərtləndirən amillər var idi - Deputat
-
Bu şəxslər 1500 manat cərimələnəcək
-
Bu halda ipotekaya xitam veriləcək
-
Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq
-
Kimlərin maaşları artırılacaq? - Dəyişiklik QƏBUL EDİLDİ
-
Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək – Yeni qayda təsdiq edildi
-
Qərbin "erməni yalanları" çox tez faş oldu
-
Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq - Qanuna dəyişiklik
-
İzmirdə güclü zəlzələ oldu
-
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
-
Rusiya 21 yaşlı Azərbaycan vətəndaşını axtarışa verib
-
Binəqədidə kafedə iki nəfəri öldürən şəxsin məhkəməsi başlayır
-
İqlim dəyişikliyi səbəbindən dünya iqtisadiyyatının gəlirləri 2050-ci ilədək 19 faiz azala bilər
-
Azərbaycan və Finlandiya nümayəndələri COP29-a hazırlığı müzakirə ediblər
-
Taksilər cərimə meydançasına aparılır? - AÇIQLAMA
-
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular tapılıb
-
Auditlərin sayı və əhatə dairəsinin artması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var - Komitə sədri
-
“Dövlət başçısının siyasətini dərk edən hər bir şəxs...”
-
İranlı general İsfahanda heç bir dağıntının olmadığını bildirib
-
Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək
-
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Kənan Bağırov
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
-
“Yarımçıq tikililər narahatlıq yaradır”
-
“Yarımçıq tikililər həm də ona görə var ki...”
-
Kiyev silahları aylar deyil, həftələr ərzində alacaq
-
“Əksər dövlət qurumlarının təkribində tikinti şöbələri var
-
İsrail İrana raket zərbəsi endirdiyini təsdiqlədi
-
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
KİV: İranın İsrailə qarşı dərhal cavab tədbirləri görmək planı yoxdur
-
Bu gün yenidən mitinq olacaq
-
“Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq”
-
Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib
-
“Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən məyus olublar”
-
“Bu mənfur tezisləri yayanların yalnız bir məqsədi var”