“İşğalçı Ermənisatanın və qondarma rejimin işğalı legitimləşdirmək cəhdləri baş tutmadı” - Hikmət Babaoğlu Siyasət

“İşğalçı Ermənisatanın və qondarma rejimin işğalı legitimləşdirmək cəhdləri baş tutmadı” - Hikmət Babaoğlu

“Azərbaycanın işğal edilmiş ərazilərində seçki keçirmək cəhdləri bir daha siyasi fiaskoya uğradı və işğalçı rejimin özünüifşasına səbəb oldu. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, beynəlxalq hüquq normalarına zidd olan belə bir addımın atılmasının səbəbi işğalçı Ermənisatanın və qondarma rejimin işğalı legitimləşdirmək cəhdləri idi ancaq bu baş tutmadı: “Mart ayının 31 də işğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou mötəbər beynəlxalq və regional təşkilatlar tərəfindən qınandı və psləndi. Bu bir daha Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi və işğalçılıq siyasətinin qəbul edilməməsi kimi qiymətləndirilməlidir. Türk Şurası, Qoşulmama Hərəkatı,Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO kimi təşkilatların qəti mövqeyi Ermənisatnın işğalçılıq siyasətinin və ststus- kvonu legitimləşdirmə cəhdlərinin baş tutmayacağını bir daha göstərmiş oldu. Bu sırada regionun və dünyanın aparıcı milli dövlətlərinin nümayiş etdirdikləri mövqe də olduqca əhəmiyyətlidir və xüsusi qeyd olunmalıdır. Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən qondarma seçkinin və onun nəticələrinin tanınmaması Ermənistanın işğalçılıq siyasətinin əsla qəbul edilməyəcəyi anlamını ifadə edir. Şübhəsiz ki, yuxarıda adlarının çəkdiyimiz beynəlxalq və regional təşkilatların o cümlədən müstəqil dövlətlərin mövqeyi həm də onların beynəlxalq hüquqa və Azərbaycana onlan münasibəti kimi qiymətləndirlə bilər. Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzundan, dövlətlərarsı münasibətlərdə qarşılıqlı maraqlara söykənən diplomatik strateji əlaqələr qurma bacarığından xəbər verir. Ona görə də işğalçı Ermənistan və qondarma rejim seçki şousu yaratmaqdansa işğal olunmuş ərazilərimizdən çıxmaq barədə düşünsələr daha yaxşı olar. Onsuz da Azərbaycan öz hərbi-siyasi gücüylə Ermənistanı buna mütləq məcbur edəcək”.

Əli