“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
16 Aprel 2020 10:17
1 799
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycana təşəkkür edib.
K. Yankauskas bildirib ki, Heydər Əliyev Mərkəzində dalğalanan Avropa İttifaqının bayrağı, Aİ və Azərbaycan arasındakı həmrəylik və tərəfdaşlıq əlaqələrinin əksidir.
“Birlikdə daha güclüyük! Sağ ol, Azərbaycan!”, - deyə K. Yankauskas vurğulayıb.
Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.
Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
20 Mart 19:24
2 968
20 Mart 09:57
1 463
20 Mart 09:51
1 330